EN

''Beşiktaş'' bu futbolçu ilə müqaviləni yenilədi

Heyətini Qabriel Paulista və Rafa Silva kimi təcrübəli futbolçularla gücləndirən ''Beşiktaş'' bir oyunçusu ilə müqaviləni yeniləmək qərarına gəlib.

“Football-plus.az” xəbər verir ki, söhbət Salih Uçandan gedir. Bu futbolçu ilə demək olar, bütün ötən mövsüm boyu aparılan danışıqlar nəhayət, uğurlu şəkildə yekunlaşıb. Tərəflər ''2+1'' illik yeni müqavilə imzalayıblar. 30 yaşlı yarımmüdafiəçinin illik qazancı 30 milyon lirəyə bərabər olacaq. Daha öncə ''Fənərbaxça'', ''Roma'', ''Empoli'', ''Alanyaspor''da top qovmuş Salih 2021-dən ''Beşiktaş''dadı. 2021/22-nin ikinci dövrəsini icarə əsasında ''İstanbul BŞ''də keçirən futbolçu indiyə qədər ''ağ-qaralar''ın heyətində 85 rəsmi oyuna 8 qol vurub. ''Beşiktaş''la müqavilə müddəti bu yay başa çatan digər futbolçu - Cenk Tosunun gələcək taleyi isə hələ də bəlli deyil.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources