Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən səhər veloyürüşünə çıxıb.
Axar.az xəbər verir ki, Paşinyan veloyürüşün videosunu özünün Teleqram kanalında yayıb.
“Bu gün 6-cı velosiped yürüşümüz idi. Velosiped işıqdır, velosiped komandadır, velosiped perspektivdir. Yaşasın velosiped!”, - Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, onlar bu gün səsvermə yolu ilə 30 km getməyi qərara alıblar, lakin 31 km yol qət ediblər.