EN

"Çelsi" "Boka Xuniors"dan müdafiəçi alacaq

"Çelsi" argentinalı müdafiəçi alacaq.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, “Boka Xuniors”un mərkəz müdafiəçisi Aaron Anselmino karyerasını London klubunda davam etdirməyə yaxındır.

19 yaşlı vunderkind "zadəganlar”la 6 illik müqavilə imzalayacaq.

Transfermarkt portalı futbolçunun transfer dəyərini üç milyon avro qiymətləndirir.

“Çelsi” ötən mövsümün sonunda İngiltərə Premyer Liqasında 6-cı yeri tutaraq, avrokuboklarda mübarizə aparmaq hüququ qazanıb.

Anselmino “Boka Xuniors”un yetirməsidir və 2023-cü ildən əsas komandada oynayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
sportal.az

1Sources