EN

Türkiyə AÇ-də azarkeş sayında hətta almanları da üstələdi

AÇ-2024-ün qrup mərhələsində ayrı-ayrı ölkələrin azarkeş sayı məlum olub.

“Football-plus.az” xəbər verir ki, iyunun 14-də start götürən və böyük həyəcana səhnə olan turnirin qrup mərhələsində stadionlarda ən çox dəstəklənən ölkə Türkiyə olub. Qardaş ölkə azarkeş sayı baxımından hətta meydan sahibi Almaniyanı da geridə qoyub. Almaniya mətbuatında dərc olunan məqaləyə əsasən Türkiyəni qrup mərhələsindəki 3 oyunda ümumilikdə stadiondan 130 min azarkeş dəstəkləyib! İkinci pillədə qərarlaşan bundestimi isə qrup mərhələsi boyunca stadionlarda 125 min azarkeş dəstəkləyib. Bu göstəricidə 3-cü pillədə Xorvatiya (103 min), 4-cü pillədə Albaniya (95 min), 5-ci pillədə Rumıniya (92 min) qərarlaşıb. Siyahıda sonuncu pillədə favoritlərdən olan İspaniyanın (34 min) qərarlaşması diqqət çəkir.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources