EN

Danimarkalı futbolçu: “İndiki qaydalarda doğru olmayan şeylər var”

Danimarka millisinin müdafiəçisi Yoakim Andersen Almaniyaya uduzduqları (0:2) 1/8 final matçında hakimliyi tənqid edib. Matc.az xəbər verir ki, o, hakimin verdiyi penalti qərarının doğru olmadığını deyib. “Bunlar karyeramın ən ağılasığmaz məqamlarından biridir. Belə vacib oyunda belə vacib qolu vurmaq və sonra bütün bunların gözünüzün qabağında dağılmasını izləmək. Sonra hakim bu qərarı sənin əleyhinə çıxarır... Dəlilikdir. Burada penalti yox idi. Bilmirəm, bəlkə də futbol oynayanda əlimiz arxada qaçmalıyıq. O, məndən yarım metr aralıdadır və topu əlimə vurur. Başqa nə etmək olar, bilmirəm. İndiki qaydalarda doğru olmayan şeylər var. Premyer Liqada belə penalti heç vaxt verilməzdi. Bunu ən vacib matçlardan birində necə təyin etmək olar... Başa düşə bilmirəm”. Xatırladaq ki, matçın 48-ci dəqiqəsində hakim Andersenin qolunu millimetrlik oyundan kənar vəziyyətə düşdüyünə görə ləğv etmiş, beş dəqiqə sonra isə top onun əlinə dəydikdən sonra almanların xeyrinə penalti təyin etmişdi.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
matc.az

1Sources