EN

Kasper Yulmann Almaniyaya məğlubiyyətə aydınlıq gətirdi

Danimarka millisinin baş məşqçisi Kasper Yulmann AÇ-2024-ün 1/8 finalında Almaniya yığmasına məğlubiyyətə (0:2) aydınlıq gətirib.

Arena.az UEFA-nn mətbuat xidmətinə istinadən, danimarkalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Son illər biz böyük komandalara yaxın olduğumuzu göstərmişik, amma əskik olduğumuz bir məqam var: biz daha çox imkanlar yaratmalı və gerçəkləşdirməliyik. Məqsədimiz aparıcı komandalarla bərabər səviyyətə oynamaqdır. Ən yaxşı oyunçuları yetişdirmək üçün klublarla işləyirik və bəzən yarımfinala yüksəlirik, bəzən isə yox. Xorvatiya yığmasının əla illəri olub və biz də eyni səviyyədə olmaq istəyirik.
Azarkeşlərə Almaniyada və evdə göstərdikləri dəstəyə görə bir daha təşəkkür etməliyəm. Bir-birini dəstəkləyən heyrətamiz oyunçulardan ibarət heyrətamiz komandam var. Mən komandamla fəxr edirəm. Bu komandanın parlaq gələcəyi var”, deyə Kasper Yulmann Almaniya yığmasına məğlubiyyətə rəğmən, gələcəyə nikbinliklə baxdığını açıqlayıb.

Beləliklə, Danimarka yığması AÇ-2024-ü tərk edib. Yarışın ev sahibi Almaniya yığması isə 1/4 finala yüksəlib və hazırda, bu mərhələdəki rəqibinin intizarındadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
arena.az

1Sources