EN

Məşqçi ilə futbolçu arasında gərginlik

Fransa yığmasında ab-hava heç də ideal deyil.

“Football-plus.az” xəbər verir ki, komandanın baş məşqçisi Didye Deşam ilə hücumçu Antuan Qrizmann arasındakı münasibətlər pozulub. “Le Parisien” nəşrinin xəbərinə görə, futbolçunun Polşa ilə son oyunda (1:1) start heyətinə düşə bilməməsi təcrübəli çalışdırıcıdan narazılığına səbəb olub. Deyilənə görə, Antuan ilə Deşam arasında buna görə gərginlik yaşanıb. Baş məşqçinin artıq Qrizmanna əsas oyunçu gözü ilə baxmadığı da iddia edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources