EN

Nagelsman Danimarka yığması üzərində qələbəni şərh etdi

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman AÇ-2024-ün 1/8 finalında Danimarka yığması üzərində qələbəni (2:0) şərh edib.

Arena.az Alman Futbol İttifaqının (DFB) mətbuat xidmətinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, qəribə bir oyun idi. İlk 20 dəqiqə bizim üçün yarışın ən yaxşısı oldu. Sonra bizim qısa bir fasiləmiz vardı. Yağış fasiləsindən sonra bəzi dəyişikliklər etdik və yenidən daha yaxşı müdafiə olunmağa başladıq. Komandaya dedik ki, hələ də yüz faiz çalışmadığımız məqamlarımız var. Biz daha səbrli olmalı və məqamlarımızı gözləməliyik”, deyə Nagelsman vurğulayıb.

Avropa çempionatının 1/4 finalına yüksəlmiş, yarışın ev sahibi Almaniya yığması bu mərhələdəki rəqibinin intizarındadır. Danimarka yığması isə evə yollanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
arena.az

1Sources