EN

Energetika naziri Yaşıl Enerji Keçidi Konqresi və Sərgisində iştirak edəcək

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov İtaliyaya səfər edib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir cari ilin 1-3iyul tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək YaşılEnerji Keçidi Konqresi və Sərgisində iştirak edəcək.

Tədbir çərçivəsində energetika nazirinin “İnkişaf etməkdə olaniqtisadiyyatların iqlim hüquqları: COP29 öncəsi Azərbaycanın millienerji strategiyasına dair fikirlər” adlı sessiyada çıxışı və“Enerji keçidi üzrə davamlı beynəlxalq fəaliyyətlər” adlı panelmüzakirələrdə iştirakı, eləcə də ikitərəfli görüşlərin keçirilməsinəzərdə tutulur.

Qeyd edək ki, Yaşıl Enerji Keçidi Konqresi müxtəlif ölkələrdən,təşkilat və şirkətlərdən iştirakçıların bir araya gəldiyi və enerjikeçidinin sürətləndirilməsi ilə bağlı müzakirələrin aparıldığıplatformadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
21
az.trend.az

10Sources