EN

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb – FOTO

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının birgə xüsusi əməliyyatı nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Doğru.az xəbər verir ki, Beyləqan rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 1993-cü il təvəllüdlü Adil Təhməzov saxlanılıb. Onun üzərindən, həmçinin avtomobilindən 180 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.

İlkin sorğu zamanı A.Təhməzov ondan aşkar olunmuş narkotikləri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan “Həsən” adı şəxsin vasitəsilə sərhədyanı bölgədə yerləşən Beyləqan rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

DOĞRU.AZ

image-1719728537429848389_1200x630 image-1719728537235071435_1200x630

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
49
dogru.az

10Sources