EN

Cinpin iyulun 4-6-da Tacikistanda dövlət səfərində olacaq

Çin Xalq Respublikasının sədri Si Cinpin respublika prezidenti Emoməli Rəhmonun dəvəti ilə iyulun 4-6-da Tacikistanda dövlət səfərində olacaq. 

"Operativ Media" xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat verib.

"Çin sədri Si Cinpinin dövlət səfəri Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə iyulun 4-6-da baş tutacaq, səfər zamanı dar və geniş tərkibdə ikitərəfli danışıqlar aparılacaq", - deyə məlumatda bildirilib. 

Həmçinin əlavə edilib ki, Çin lideri digər rəsmi tədbirlərdə də iştirak edəcək.

Chosen
50
2
operativmedia.az

3Sources