EN

Qəzzada İsrail ordusu ilə HƏMAS arasında toqquşmalar baş verir – KİV


Qəzza şəhərinin Şecaya bölgəsində İsrail hərbçiləri ilə Fələstinin HƏMAS hərəkatının döyüşçüləri arasında toqquşmalar baş verir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələri hərbi imkanlarını bərpa etməyə çalışan HƏMAS-ın qalan batalyonlarını təqib etdiklərini iddia edərək yaşayış məntəqələrinə hücumları davam etdirirlər.
“Ərazi güclü bombardmanlara məruz qalıb, onlarla fələstinli həlak olub. Buna cavab olaraq Fələstin silahlı müqavimət döyüşçüləri İsrail əsgərlərini pusquya salır və onlara tank əleyhinə raketlərlə hücum edirlər”, - telekanal bildirib.
Chosen
90
18
yeniavaz.com

10Sources