EN

Makron növbəti məğlubiyyətin astanasında- Aİ narahatdır, seçkilərdən sonra Fransa ittifaqdan çıxa bilər...

Image

İyunun əvvəlində Avropa Parlamentinin yeni üzvləri seçildi. Seçki ifrat sağçıların yüksəlişi ilə yadda qalıb.

Həmin vaxt böyük məğlubiyyətlə üzləşən Fransa prezidenti Emmanuel Makron parlamenti buraxdı. Bu isə, Fransa üçün tarixi sayıla biləcək erkən seçkilərə yol açdı. Fransızlar bu gün seçkinin birinci turu üçün seeçki məntəqələrinə gedir. 

Son rəy sorğuları göstərir ki, Makron seçkidə məğlub olacaq. Marin Le Pen tərəfindən Milli Birlik Partiyasının baş nazirliyə namizədi kimi irəli sürülən 28 yaşlı Cordan Bardellanın seçkinin ilk turunda qalib gələcəyi proqnozlaşdırılır. Sorğulara görə, sol ittifaq 29 faiz səslə ikinci, Makronun partiyasının da daxil olduğu mərkəzçi alyans isə 19 faiz səslə üçüncü yerdədir.

Seçkinin nəticələrinə görə, prezident və baş nazirin müxtəlif partiyalardan olduğu vəziyyət 22 ildən sonra ilk dəfə baş verə bilər. Belə ki, Makronun partiyası seçkilərdə uduzsa, o, rəqib partiyadan olan baş nazirlə işləməli olacaq.

Bu vəziyyət Fransada sonuncu dəfə 1997-2002-ci illərdə, mühafizəkar prezident Jak Şirak və sosialist baş nazir Lionel Jospin hökumətdə birlikdə çalışdıqları zaman baş verib.

Digər tərəfdən, Avropa İttifaqında da ciddi narahatlılar var. İttifaq cəbhəsində hesab edirlər ki, seçkidən sonra "Brexit" kimi Fransanın Aİ-dən çıxması mənasına gələn "Frexit" gündəmə gələ bilər.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources