EN

Azərbaycanda ilk dəfə Elektrik Avtomobillərin Festivalı keçirilir

Bakı. Trend:

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF)təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalıkeçiriləcəkdir. Bu tədbir Azərbaycanda “Yaşıl dünya naminəhəmrəylik ili” çərçivəsində və COP29 ərəfəsində təşkil olunur.

Trend xəbər verirki, tədbir ekoloji nəqliyyat vasitələrinin təbliği və onlarınüstünlüklərinin nümayişi məqsədini daşıyır.

Ekoloji nəqliyyat vasitələrinin əhəmiyyətini vurğulamaq vəcəmiyyətə onların üstünlüklərini çatdırmaq üçün böyük bir imkanyaradacaq Festival Ağ Şəhərdə başlayacaqdır. Orada planetimizəzərər vurmayan nəqliyyat vasitələri – “yaşıl” avtomobillərsərgilənəcəkdir.

Festivalın məqsədi elektrik avtomobil həvəskarlarını, eləcə dəelektrik maşınları ilə bağlı tərəddüd edən insanları bir arayagətirmək, ekoloji təmiz mühitdə yaşamaq üçün elektrikavtomobillərinin əhəmiyyətini göstərməkdir.

Qeyd edək ki, Elektrik avtomobilləri sıfır emissiya iləişləyərək karbon dioksid (CO2) və digər zərərli qazların atmosferəburaxılmasının qarşısını alır.

Bu, iqlim dəyişikliyi ilə mübarizədə mühüm addım olmaqla yanaşı,hava keyfiyyətini artıraraq insanların sağlamlığına xidmətedir.

Festivalda iştirak edərək dünyamız və ətraf mühit üçün faydalıbir tədbirin parçası olmaq istəyən elektrik avtomobillərininsahibləri iyulun 5-dək Azərbaycan Avtomobil Federasiyasının[email protected] elektron ünvanı və ya +994502950100 mobil nömrəsi iləəlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

Həm ekologiya, həm də mədəniyyət sahəsində böyük əhəmiyyət kəsbedən Festivalda musiqili proqram təqdim olunacaq və müxtəlifnominasiyalarda qaliblər təltif ediləcəkdirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
19
az.trend.az

10Sources