EN

Digər ölkələrFransada növbədənkənar parlament seçkiləri keçirilir

Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilər üçün səsvermə başlayıb.

“Far.Az” xəbər verir ki, bu seçkilərin özəlliyi iyulun 26-da Parisdə start götürən Olimpiya Oyunlarına fəal hazırlıq dövrünə təsadüf edən seçki kampaniyasının son dərəcə qısalığı (üç həftədən az) olub.

577 yer uğrunda mübarizəni mərkəzçi prezident koalisiyası, sağçı Milli Birlik və solçu Yeni Xalq Cəbhəsi aparır.

Birinci turda seçilmək üçün namizəd yaşadığı bölgədəki seçicilərin yarıdan çoxunun dəstəyini almalıdır. Birinci turda azı 12,5 % səs toplayan namizədlər iyulun 7-də keçiriləcək ikinci turda iştiraka buraxıla bilər.

Qeyd edək ki, növbədənkənar seçkiləri Fransa Prezidenti Emmanuel Makron iyunun 9-da prezident koalisiyasının Avropa Parlamentinə seçkilərdə ciddi məğlubiyyəti fonunda təyin edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
42
far.az

10Sources