EN

“Turan Tovuz”a yollanan Cavid Hüseynov “Cəbrayıl”ın “sükanını” millinin sabiq üzvünə tapşırdı

"Turan Tovuz"a keçidim qəfil oldu. Klub rəhbərliyindən təklif gəldi, düşündüm və dəyərləndirdim. Kurban Berdıyev təcrübəli, nəticə qazanmış baş məşqçidi. Fikrimcə, onun köməkçisi olmaqla həm məşqçilik karyeramda yeni səhifə açıram, həm də təcrübə toplayacam. Berdiyevdən çox şey öyrənəcəm. Ümumilikdə isə bütün məşqçi heyəti olaraq "Turan Tovuz"u maksimum irəli aparmaqda maraqlıyıq". Bu sözləri Sport24.az-a açıqlamasında Cavid Hüseynov deyib.
Gənc mütəxəssis I Liqaya yüksəltdiyi "Cəbrayıl" barədə də danışıb: "Turan Tovuz"un məşqçilər korpusunda yer alsam da, "Cəbrayıl" daim nəzarətimdə olacaq. Klubun prezidenti postunda qalıram. Baş məşqçi isə bir yerdə çalışdığım Elhad Nəziri olacaq. Onun işinin öhtəsindən gələcəyinə inanıram. I Liqanın debütantı kimi əsas məqsədimiz liqada yerimizi qorumaq olacaq".
 
Qeyd edək ki, Cavid Hüseynov "Turan Tovuz"la müqavilə bağlayıb. O, qərblilərin baş məşqçisi Kurban Berdıyevin köməkçilərindən biri olacaq.
 
ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
sport24.az

1Sources