EN

Qırmızı dənizdə insident olub

Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) Yəmənin Moha liman şəhərindən 13 dəniz mili cənub-qərbində Qırmızı dənizdə insident qeydə alıb.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq məlumat xidmətin "X" hesabında yerləşdirilib.

Təfərrüatlar verilməyib.

Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmən üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və İsrail ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndeb sularından keçməsinə icazə verməyəcəyini bildirib. Ötən il noyabrın ortalarından Husilər Qırmızı dəniz və Ədən körfəzində mülki gəmilərə hücum edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources