Penzadakı "Belka" sağlamlıq mərkəzində istirahət edən 30-dan çox uşaq səhhətinin pisləşməsi ilə bağlı şikayətlərlə həkimlərə müraciət edib.
Aztibb.az xəbər verir ki, "Life" portalının məlumata görə, rayon prokurorluğu tərəfindən yoxlama təşkil edilib.
“İlkin məlumatlara görə, hazırda 30-dan çox uşaq səhhətinin pis olmasından şikayət edib, onlardan bəziləri düşərgənin tibb işçisi tərəfindən təcridxanaya yerləşdirilib”, - məlumatda deyilir.
“Belka”da yoxlama sonrası çoxsaylı sanitar-epidemioloji qanunvericiliyin pozulması halları aşkarlanıb. Həmin vaxt iaşə təşkilatçısının nümayəndəsinə qarşı bir neçə maddə ilə cinayət işi açılıb. Bundan sonra işçi qrupu dəyişdirilib.