Bolqarıstanda yeniyetmə cüdoçuların Avropa çempionatı bu gün başa çatacaq. Manset.az "Report"a istinadən xəbər verir ki, sonuncu gündə komandalar arasında yarış gerçəkləşəcək. Azərbaycan yığması 1/8 finalda Niderland seçməsi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar