EN

“28 May” stansiyası önündə təmir nə zaman bitəcək?

Metronun “28 May” stansiyasının qarşısındakı Cəfər Cabbarlı meydanında yenidənqurma işlərinə başlanılıb.

Medianews.az xəbər verir ki, bu barədə Oxu.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, bu gündən əraziyə texnikalar cəlb olunub:

“Bu həftədən sözügedən ərazi hasara alınıb. İşlərin oktyabr ayının sonuna kimi yekunlaşacağı planlaşdırılır”.

Chosen
82
11
medianews.az

10Sources