EN

Goranboyda avtomobil qadın piyadanı xəstəxanalıq etdi

Goranboy rayonunda avtomobil 53 yaşlı piyadanı vurub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayon Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində baş verib. 

Hərəkətdə olan “Toyota Prado” markalı avtomobil yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Mahirə Məmmədovanı vurub. 

Xəstəxanaya çatdırılan qadına ilkin tibbi yardım göstərilib,  vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Chosen
29
bizim.media

1Sources