EN

ABŞ-də araşdırma! Faydaları sonsuzdur, lakin çox olması ölümlə nəticələnir

Sağlam həyat sürmək üçün kifayət qədər su içmək vacibdir. Bununla belə, hər bir fərdin suya ehtiyacı fərqlidir, ona görə də şəxsi ehtiyaclarınıza uyğun su istehlakının miqdarını müəyyən etmək vacibdir.
Sherg.az xəbər verir ki,  ABŞ-da su istehlakı ilə bağlı araşdırma naməlum bir həqiqəti ortaya çıxarıb. Xüsusilə idman zamanı həddindən artıq  su istehlak etmək sağlamlıq üçün ciddi risk yaradır.

İdman edərkən su içməklə susuzluğun qarşısını alınır fikru çox yayılmış bir inancdır. Bununla belə, ABŞ tədqiqatçıları xəbərdarlıq edirlər ki, idman zamanı həddindən artıq su içmək hətta ölümlə nəticələnə bilər.

ABŞ-da keçirilən İdman Sağlamlığı Panelinə qatılan bir qrup həkim, idman sağlamlığı üzrə mütəxəssis və akademiklər öz açıqlamalarında qeyd edib: "İdman edərkən həddindən artıq su istehlakı köhnə bir inanc olmaqla yanaşı, həm də olduqca təhlükəlidir".
Mütəxəssislər idmanla məşğul olan insanların yalnız susadıqda su içməli olduğunu, həddindən artıq su istehlakı səbəbindən idman zamanı qanda natrium səviyyəsinin azaldığını və insanların hiponatremidən əziyyət çəkə biləcəyini bildirirlər.


Ən az 14 idmançının məşq zamanı çox su içdiyi üçün həyatını itirdiyi ifadə edilən açıqlamada, bədəndə həddindən artıq su istehlakının yaratdığı problemlər belə izah edilir:

"Lazımdan çox su içdikdə qanda natrium azalır. Böyrəklərdə çox maye toplanandan sonra orqanizmdəki hüceyrələr artıq mayeni saxlamağa çalışmağa başlayır. Bu da bədənin müxtəlif yerlərində ödem əmələ gətirir. Ödem ki, beyində meydana gələ bilər, komaya və ya hətta ölümə səbəb ola bilər."

Çox su içməyin zərərləri haqqında çox vaxt danışılmır, çünki çox su ümumiyyətlə bədənə zərər vermir. Bununla belə, həddindən artıq su istehlakının hiponatremi adlı bir vəziyyətə səbəb ola biləcəyi məlumdur. Hiponatremi bədəndə natrium səviyyəsinin aşağı olduğu bir vəziyyətdir. Bu, xüsusilə çox su içən idmançılarda və həddindən artıq tərləmə nəticəsində natrium itirən şəxslərdə baş verə bilər. Hiponatremi ciddi bir vəziyyətdir və baş ağrısı, zəiflik, qusma, əzələ krampları və hətta huşunu itirmə kimi simptomlara səbəb ola bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
sherg.az

1Sources