EN

“Time”: Demokratların Baydeni əvəzləyəcək namizədi yoxdur

Demokratlar Partiyası qarşıdan gələn seçkilərdə ABŞ prezidenti Co Baydeni kimin əvəzləyəcəyinə əmin olmadığı üçün demokratlar daha da çətin vəziyyətə düşə bilərlər.

“İki sahil” xəbər verir ki, bu barədə “Time” jurnalı məlumat yayıb.

Qeyd olunub ki, Bayden özü prezidentlik yarışını tərk etsə belə, partiya vaxt azlığına görə, yeni namizəd seçməkdə daha ​​da çətin vəziyyətdə qalacaq.

Məlumata görə, demokratların Baydeni əvəzləyəcək “aydın favorit”i yoxdur. ABŞ-ın vitse-prezidenti Kamala Harris və Kaliforniya qubernatoru Qevin Nyusom da daxil olmaqla, bütün digər namizədlər keçmiş prezident Donald Trampdan geri qalırlar.

Jurnal həmçinin vurğulayıb ki, Baydenin debat performansından sonra, hətta ən yaxın müttəfiqləri belə bunu fəlakət kimi qəbul ediblər.

Xatırladaq ki, Trampa qalib gələcəyinə inandığını deyən ABŞ prezidenti əlavə edib ki, əvvəlki kimi rahat yerimir, əvvəlki kimi rəvan danışmır, əvvəlki kimi yaxşı mübahisə etmir: "Bu işi görə biləcəyimə bütün qəlbimlə və canımla inanmasaydım, yenidən namizədliyini irəli sürməzdim”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
ikisahil.az

1Sources