EN

Bu gün Fransada növbədənkənar seçkilərin birinci turu keçirilir

Fransa xalqı bu gün növbədənkənar seçkilər üçün sandıq başına gedəcək.

APA xəbər verir ki, sorğular seçkilərdə ifrat sağçı Milli Birlik Partiyası seçkidə qalib gələcəyini göstərir. Avropa Birliyində isə Fransanın Aİ-dan çıxması mənasına gələn “Frexit”lə bağlı narahatlıqlar artır.

İyunun əvvəlində Avropa Parlamentinin yeni üzvləri seçilib. Seçki ifrat sağçıların yüksəlişi ilə yadda qalıb. Fransa prezidenti Emmanuel Makron idə böyük məğlubiyyətlə üzləşərək parlamenti buraxıb.

Fransızlar bu gün seçkinin birinci turu üçün sandıq başına gedəcək. Son rəy sorğuları göstərir ki, Makron seçkidə öndə olmayacaq.

Marin Le Pen tərəfindən Milli Birlik Partiyasının baş nazir postuna namizədi kimi irəli sürdüyü 28 yaşlı Cordan Bardellanın seçkinin ilk turunda qalib gələcəyi proqnozlaşdırılır.

Fransada ifrat sağçıların yüksəlişi insan hüquqları, bərabərlik və demokratik dəyərlər kimi fundamental prinsiplərə zərər verə biləcəyi ilə bağlı narahatlıq var.

Avropa Birliyi cəbhəsində isə, “Brexit” kimi Fransanın Aİ-dan çıxması mənasına gələn “Frexit” gündəmdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
1
apa.az

2Sources