EN

Demokratlar seçkidə Baydeni gənc namizədlə əvəz edə bilərlər

ABŞ-də prezidentlik yarışının keçmiş iştirakçısı olmuş, Birləşmiş Ştatların BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heyli hesab edir ki, Demokratlar ABŞ lideri Co Baydenin debatdakı çıxışından sonra prezidentliyə daha gənc namizəd irəli sürəcəklər.

O, bu barədə "The Wall Street Journal"a müsahibəsində deyib.

"Onlar ağıllı davranacaqlar. Daha gənc, enerjili, yoxlanılmış birini gətirəcəklər", - deyə Birləşmiş Ştatların BMT-dəki keçmiş daimi nümayəndəsi vurğulayıb.

N.Heyli respublikaçıları hadisələrin belə inkişafına hazır olmağa çağırıb.

"Əgər demokratlar Co Baydenin namizəd olaraq qalmasına icazə versələr, onlar prosesdən uğurlu çıxa bilməyəcəklər", - deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
2
seher.media

10Sources