EN

Noyerdən Almaniya millisində yeni rekord

Avropa çempionatlarında keçirdiyi oyunların sayına görə keçmiş yarımmüdafiəçi Bastian Şvaynştaygerin göstəricisini keçərək yeni rekorda imza atıb. Almaniya millisi AVRO-2024-ün 1/8 finalında Danimarka yığmasını 2:0 hesabıyla məğlub edərək növbəti mərhələyə yüksəlib Matc.az xəbər verir ki, Almaniyanın start heyətində meydana çıxan “Bavariya”nın qapıçısı Manuel Noyer üçün qarşılaşma əlamətdar olub. Belə ki, 38 yaşlı qolkiper Avropa çempionatında 19-cu oyununu keçirib. Bununla da qapıçı Almaniya millisinin heyətində Avropa çempionatlarında keçirdiyi oyunların sayına görə keçmiş yarımmüdafiəçi Bastian Şvaynştaygerin göstəricisini (18) keçərək yeni rekorda imza atıb. Qeyd edək ki, hazırki Avropa çempionatında Noyer qrup mərhələsində üç oyun keçirib və iki qol buraxıb.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
1
matc.az

2Sources