EN

Digər ölkələrNyu-Yorkda Baydeni istefaya çağıran etirazçılar qarşılayıb

ABŞ prezidenti Cozef Baydeni Nyu-Yorkda istefaya çağıran etirazçılar qarşılayıb.

“Far.Az” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, vəsait toplama tədbirinin keçirildiyi yerin yaxınlığında insanlar Baydenin kortejinin qarşısına çıxaraq əllərində “Zəhmət olmasa ABŞ üçün gedin”, “Sağ olun, növbəti” və “Biz sizi sevirik, amma getməyin vaxtıdır” sözləri yazılmış lövhələr tutublar.

Bundan əvvəl “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Amerika lideri Cozef Bayden ən yaxın qohumları və dostları zəruri hesab etsə, prezidentlik yarışını tərk edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
far.az

1Sources