EN

Qərbi Kaspi Universitetində Məzun Günü keçirilib

Məzun Günündə çıxış edən universitetin təsisçisi və prezidenti, professor Hüseyn Bağırov, filologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Jalə Əliyeva, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Elvin Balacanov, xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova, Qərbi Kaspi Universitetinin ABŞ-nin UBİS Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramının məzunu Sona Abdullayeva, universitetin doktorantı, pakistanlı Şeraz Mehmood və digərləri tələbələri təbrik edərək, gələcək həyatlarında uğurlar arzuladılar.
Tədbirdə eyni zamanda fəxri qonaq qismində Milli Məclisin deputatları – Müşfiq Məmmədli, Məzahir Əfəndiyev, Müşfiq Cəfərov, Vüqar İsgəndərov iştirak ediblər.
Tədbirdə universitetin tələbələrindən ibarət Xor kollektivinin çıxışları, əcnəbi tələblərinin təqdimatında Azərbaycan milli rəqsləri maraqla qarşılanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources