EN

Murat Yakın İtaliya üzərində qələbəni şərh etdi

style='margin-bottom:10px;'>

İsveçrə millisinin baş məşqçisi Murat Yakın komandasının Avro-2024-ün 1/8 finalında İtaliya millisini məğlub edərək 1/4 finala adlamasını şərh edib.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, son Avropa çempionuna qalib gəlməkləri haqqında bunları deyib:

“Biz çox vacib oyunda qalib gəldik. Əsas olan budur. Sabah nə olacağı artıq başqa mövzudur. Bəli, qələbə qazandıq, amma önəmli olan necə oynadığımızdır. Meydanın hər qarışında üstün olduq və lazımi anda qollar vurduq. Mən irəliyə baxmıram. Əldə etdiyimiz nəticədən həzz almaq üçün vaxt tapmaq vacibdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
1
teleqraf.com

2Sources