Avro-2024-ün 1/8 final mərhələsində keçirilən Almaniya - Danimarka oyununda fasilə yaranıb.
QOL.az xəbər verir ki, buna səbəb Dortmund şəhərində pis hava şəraitinin olmağıdır. İngiltərəli referi Maykl Oliver 35-ci dəqiqədə tufan və ildırım səbəbindən matçı dayandırıb.
Bir neçə dəqiqəlik fasilədən sonra komandalar oyuna davam ediblər.