EN

Lənkəranda iki nəfər bıçaqlandı, vəziyyətləri ağırdır

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, axşam saatlarında Lənkəran şəhərinin mərkəzi meydanında iki nəfər - Lənkəran rayon sakini 1991-ci il təvəllüdlü Nurlan İbadulla oğlu Nurəliyev və Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Arif Fail oğlu İsmayılov bıçaqlanıb.

Hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriblər.

Hadisənin hansı zəmində baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
20
seher.media

10Sources