EN

Azərbaycanda daha iki nəfər GÜLLƏLƏNDİ

Astarada güllələnmə olub, bir nəfər ölüb.

OXU24.COM xəbər verir ki, hadisə Şüvi kəndində baş verib.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirməkdə şübhəli bilinir. Sonra o, özünün baş nahiyəsindən atəş açıb.

B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
66
16
oxu24.com

10Sources