EN

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Astarada

Astara, 30 iyun, AZƏRTAC

İyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi, 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

23:36

Astara rayonunda güllələnmə nəticəsində bir nəfər ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara rayon Şüvi kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib. Sonra o özünü öldürmək məqsədi ilə baş nahiyyəsinə atəş açıb. B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

 

 

Chosen
61
10
azertag.az

10Sources