DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, iyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.
***
23:22
Astarada güllələnmə nəticəsində bir nəfər ölüb.
APA - nın cənub bürosunun verdiyi məlumata görə Astara rayon Şüvi kənd sakini 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib.
Sonra o özünü öldürmək məqsədilə baş nahiyyəsindən atəş açıb. B.İsrafilov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.