EN

Astarada DƏHŞƏT: Kəndçisini güllələdi, sonra başına atəş açdı

İyunun 29-da saat 21 radələrində Astara rayonunun Şüvi kəndi ərazisində 1967- ci il təvəllüdlü Namik Əhmədovun odlu silahdan açılmış atəş nəticesində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Astara rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırmalarla Astara rayonu Şüvi kənd sakini, 1983-cü təvəllüdlü Bəşir İsrafilovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Namik Əhmədovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə  əsaslı şübhələr müəyyən edilib.

*** 23:58

İyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb. 

Araşdırma aparılır.

*** 23:23

Astara sakini gülləllənərək öldürülüb.

Bakıvaxtı.az-ın məlumatına görə, rayonun Şüvi kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətllə yetirib.

Daha sonra o özünü öldürmək məqsədi ilə baş nahiyyəsindən atəş açıb. 

B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
10
bakivaxti.az

10Sources