Astara rayonunda güllələnmə nəticəsində bir nəfər ölüb.BUTA.TV xəbər verir ki, Astara rayon Şüvi kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib. Sonra o özünü öldürmək məqsədi ilə baş nahiyyəsinə atəş açıb. B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.