Əvvəl həmkəndlisini, sonra özünü güllələdi
Astarada güllələnmə nəticəsində bir nəfər ölüb. AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə Astara rayon Şüvi kənd sakini 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib.
Sonra o özünü öldürmək məqsədilə baş nahiyyəsindən atəş açıb.
B.İsrafilov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.