Bu gün Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/8 final oyunları start götürəcək.
Fanat.Az xəbər verir ki, günün ilk matçı İsveçrə və İtaliya milliləri arasında baş tutub.
Berlindəki Olimpiya stadionunda reallaşan dueldə A və B qrupunun ikinciləri münasibətlərinə aydınlıq gətirib. İsveçrə son Avropa çempionunu inamla yenərək adını 1/4 finala yazdırıb. Murat Yakının rəhbərlik etdiyi kollektiv 1/4 finalda İngiltərə - Slovakiya cütünün qalibi ilə qarşılaşacaq.
Növbəti görüşdə Almaniya və Danimarka seçmələri üz-üzə gələcəklər.
Meydan sahibləri A qrupunun birincisi, danimarkalılar isə C qrupunun ikincisidir.
AÇ-2024
1/8 final
29 iyun
İsveçrə - İtaliya 1:0
Qollar: Froyler, 37. Varqas, 46.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Berlin, Olimpiya stadionu.
Almaniya - Danimarka 0:0 (1-ci hissə)
Baş hakim: Maykl Oliver (İngiltərə).
Dortmund, "Siqnal İduna Park" stadionu.