EN

Luçano Spaletti: Mübarizəni bu mərhələdə dayandırmaq istəməzdik

Mübarizəni bu mərhələdə dayandırmaq istəməzdik.
 
Moderator.az xəbər verir ki, bunu İtaliya millisinin baş məşqçisi Luçano Spaletti İsveçrəyə qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
 
Mütəxəssis 1/4 final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün məyus olduqlarını bildirib: "İspaniya və İsveçrə yığmaları çox yaxşı ötürmə etməyi bacaran komandalardır. Hər iki kollektivə məğlub olmağımızın əsas səbəbi bu idi. Sürətli futbolçularımız azdır. Müasir futbolda komandalar pressinq etməyi və aqressiv oynamağı sevir. Mübarizəni bu mərhələdə dayandırmaq istəməzdik".
 
Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində İsveçrəyə 0:2 hesabı ilə məğlub olan İtaliya seçməsi turnirlə vidalaşıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
4
moderator.az

5Sources