EN

Keniyada etirazlar zamanı azı 30 nəfər ölüb

Keniyada vergi artımı qanun layihəsinə qarşı etirazlarda ən azı 30 nəfərin həyatını itirdiyini açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-də yerləşən "Human Rights Watch" (HRW) təşkilatı xəbər yayıb.

"Etirazçıların qaçmağa çalışdığı zaman da daxil olmaqla, əsas olmadan birbaşa izdihamın üzərinə atəş açmaq Keniya və beynəlxalq qanunlara görə tamamilə qəbuledilməzdir. Keniya hakimiyyəti dinc nümayişçiləri qorumalı və polis vəhşiliyinə qarşı tolerantlıq olmayacağını öz qüvvələrinə aydın şəkildə izah etməlidir",- deyə rəsmilər bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
operativmm.az

1Sources