İtaliya millisinin kapitanı Canluici Donnarumma İsveçrəyə məğlub olduqları oyundan sonra açıqlama verib.

Offsideplus.az xəbər verir ki, italyan qolkiper azarkeşlərdən üzr istəyib:

"Azarkeşlərimizdən yalnız üzr istəyə bilərik. Bu qəbuledilməzdir, bütün oyun boyunca zəif olduq, bu, reallıqdır. İlk hissədə bərbad oynadıq. Bunu qəbul etməliyik".

Qeyd edək ki, İsveçrəyə 0:2 hesabla məğlub olan İtaliya yığması AÇ-2024-lə vidalaşıb.