EN

İsrail Qəzzada 37 min 834 adamı öldürüb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 48 saatda 69 nəfər artaraq 37 min 834-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, İsrailin son 48 saatda Qəzzanın müxtəlif bölgələrində 7 “qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 69 fələstinlinin həyatını itirdiyi, 429 nəfərin isə yaralandığı bildirilib. Bununla da yaralıların sayı 86 min 858-ə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Chosen
88
11
operativmm.az

10Sources