Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask ABŞ prezidenti Cozef Baydenin keçmiş Amerika lideri Donald Trampla debatdakı çıxışını ələ salıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İ. Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Baydeni debatın qalibi elan edən Demokrat Partiyasının paylaşımına cavab olaraq amerikalı milyarder “Çox gülməlidir” şərhini yazıb.