EN

“Sən Ermənistana silah verəndə yaxşıdır, biz əzilən xalqlara mənəvi-siyasi dəstək verəndə pis?”

“Fransa hər zaman erməni separatizminə dəstək verib, Ermənistanı silahlandırıb, onu Azərbaycana və digər qonşu ölkələrə qarşı qızışdırıb”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib. Ekspert qeyd edib ki, bugünün özündə Ermənistanı silahlandıran Fransanın Azərbaycanın Yeni Kaledoniya və digər əzilən xalqlara dəstəyini qınaması absurddur:

 

“Fransa bu gün də Ermənistana silah verməkdə, onu ölkəmizə qarşı qızışdırmaqdadır. Bu, açıq-aşkar Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdidir. Bununla yanaşı, Fransa tərəfindən ittiham olunan da Azərbaycandır. Rəsmi Paris hesab edir ki, Azərbaycan əzilən xalqları müdafiə etməməlidir. Ancaq burada belə bir sual meydana çıxır: Sən Ermənistana silah verəndə yaxşıdır, biz əzilən xalqlara, Yeni Kaledoniyaya mənəvi-siyasi dəstək verəndə pis?

 

Azərbaycanın bütün addımları regionda sülhün və təhlükəsziliyin təmininə xidmət edir. Bununla yanaşı, hər kəs bilməlidir ki, Azərbaycan ona qarşı düşmən mövqe sərgiləyən, ona qarşı təxribata yol verən hər bir dövlətin cavabını qətiyyətlə verəcək”.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources