Paytaxtın Mirzəağa Əliyev küçəsində yerləşən "Shaurma N1" restoranının önündə yaranan parklanma xaosu aradan qaldırılıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, sözügedən ərazidə sürücülər dayanma-durma qaydasını kütləvi şəkildə pozurdular.
Ərazidə xoşagəlməz mənzərə artıq aradan qalxıb.
Bundan savayı, Yol Patrul Xidmətinin əməkdaşları ərazidə hərəkətin nizamlanmasını təmin edirlər.
Bizim.Media