EN

"Çelsi" argentinalı müdafiəçi alır

"Boka Xuniors"un mərkəz müdafiəçisi Aaron Anselmino karyerasını "Çelsi"də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O London klubunun artıq Anselmino ilə 6 illik əmək müqaviləsi barədə razılığa gəldiyini, hazırda "Boka Xuniors" ilə danışıqlar davam etdirdiyini qeyd edib. "Boka Xuniors" isə 19 yaşlı müdafiəçini ilin sonuna qədər saxlamaq istəyir.

2024-cü ildə Anselmino bütün turnirlərdə beş matçda iştirak edib və bir qol vurub. Transfermarkt portalının məlumatına görə, müdafiəçinin dəyəri üç milyon avrodur.

Chosen
106
90deqiqe.az

1Sources