EN

Gəncədə qonşular arasında baş verən insidentin TƏFƏRRÜATLARIVİDEO

Qonşuların davası ağır xəsarətlərlə nəticələnib.

Xezerxeber.az xəbər verir ki, hadisə ötən gecə Gəncədə baş verib. Məlumata görə, dava zamanı 29 yaşlı Pərviz Kazımov içərisində yanıcı maddə olan olan plastik qabı yandıraraq 27 yaşlı qonşusu Muraz Namazovun üzərinə atıb.

Nəticədə Murazla yanaşı, ona kömək etmək istəyən tanışları - 31 yaşlı Eltəkin Zeynalov və 20 yaşlı Niyaməddin Kazımov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Xəsarət alanlardan birinin vəziyyəti yüngül olub. Digər ikisi isə dərhal xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra polis əməkdaşları da əməliyyat-istintaq tədbirləri həyata keçiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
xezerxeber.az

1Sources