Daha öncə Edvin Kuç transferini açıqlayan "Neftçi" daha bir keçidi reallaşdırıb. 

Offsideplus.az xəbər verir ki, klub "Qəbələ"nin yetirməsi Emil Səfərovu transfer edib. 21 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Emil 2021-ci ildən "Qəbələ"nin şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun  qalibi olub. O, Azərbaycan milli komandasının heyətində 4 oyunda meydana çıxıb.