EN

Abdullah Zubir daha 3 il “Qarabağ”da! - Rəsmi - ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” fransalı yarımmüdafiəçisi Abdullah Zubir ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub müqaviləsinin müddəti bir neçə gündən sonra başa çatacaq Abdullah Zubirlə yeni müqavilənin şərtlərini razılaşdırıb. Yarımmüdafiəçi ilə anlaşma 3 il müddətinə uzadılıb. Fransalı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Abdullar Zubir 2018-ci ildən “Qarabağ”da forma geyinir. O, Ağdam klubu ilə 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.

Zubirin “Qarabağ” karyerası bütövlükdə 263 oyun, 61 qol və 73 məhsuldar ötürmədən ibarətdir. O, daha öncə “Lans”, “Petrolul”, “İstr” və “Hibernian” kimi klubların da formasını geyinib.

Xatırladaq ki, “Qarabağ” bu yay Bəhlul Mustafazadə, Nəriman Axundzadə və Riçard Almeyda ilə də yeni müqavilə bağlamışdı. Ağdam klubu həmçinin Fabiyan Buntiç (“Vizela”, Portuqaliya) və Musa Qurbanlını (“Yurqorden”, İsveç) da heyətinə qatıb. Əvəzində Adama Diakabi, Maksim Medvedev (karyerasını bitirib), Andrey Lunyov (“Dinamo”, Moskva, Rusiya), Nihad Quliyevlə (“Səbail”) yollarını ayırıb. Rüstəm Əhmədzadə və İsmayıl İbrahimli də yenidən “Zirə”yə icarəyə verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
30
arena.az

10Sources