Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində üz-üzə gələn İsveçrə və İtaliya yığmalarının görüşündə hesab açılıb.
İsveçrə hesabda fərqlənib. 37-ci dəqiqədə Remo Froyler adını tabloya yazdırıb.
***20:00
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində üz-üzə gələn İsveçrə və İtaliya yığmalarının görüşü başlayıb.
Qarşılaşma Berlindəki Olimpiya stadionunda keçirilir.
Qeyd edək ki, görüşü polşalı baş hakim Şimon Marçinyak idarə edir.
BAKU.WS